Kasko sığortası avtomobilin gövdə sığortasıdır və könüllü prinsiplərə əsaslanır. Hadisə baş verdikdə icbari sığorta növü sizin qarşı tərəfə vurduğunuz zərərlə bağlı ödəniş həyata keçirir. Bu zaman həm sizin, həm də qarşı tərəfin avtomobilinə ziyan dəyir və bu, o deməkdir ki, hadisəni törədən siz olduğunuz təqdirdə öz avtomobilinizə dəyən ziyanın xərclərini özünüz qarşılamalısınız. Kasko sığortanız varsa bu halda həm üçüncü şəxsə vurduğunuz zərər, həm də nəqliyyat vasitənizin təmir xərcləri sığorta şirkəti tərəfindən ödənilir. Sığortalı şəxsin nəqliyyat vasitəsi hərəkət halında ikən və ya dayanarkən zədələnərsə, yanarsa sığortalıya dəymiş ziyan sığortaçı tərəfindən aradan qaldırılır. Gözlənilməz hadisələrin bizə vura biləcəyi iri həcmli maddi zərərlərdən öncədən KASKO sığortası ilə sığortalana bilərik.
Nəqliyyat vasitəsinin istifadə xarakterindən, mühafizə edildiyi yerdən, nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük təcrübəsindən və digər risk faktorlarından asılı olaraq sığorta tarifi təqribən 2-4% arasında dəyişir. Yəni orta hesabla 3% götürə bilərik. Bu da o deməkdir ki, dəyəri 20 000 AZN təşkil edən nəqliyyat vasitəsini sığortalamaq üçün illik 600 AZN sığorta haqqı ödəməlisiniz. Bu isə ayda 50 AZN ətrafında sığorta haqqı ödəyəcəyiniz mənasına gəlir. Ölkəmizdə sığorta şirkətləri hissə-hissə ödənişə də imkan yaradırlar.
avtonəqliyyat hadisəsi
təbii fəlakət
atılmış və ya düşmüş əşya
heyvanların hərəkəti
örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi
yanğın və partlayış
oğurluq və quldurluq
üçüncü şəxsin qanunazidd hərəkəti