ƏN ÇOX VERİLƏN SUALLAR

Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri – sığorta ödənişini ödəməyi öz üzərinə götürür.

Sığorta haqqı – Sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödədiyiniz pul məbləğidir.

Sığortaçı – sığorta fəaliyyətini həyata keçirən sığorta şirkətidir.

Sığortalı, sığorta müqaviləsi əsasında öz həyatını, sağlamlığını, əmlakını, məsuliyyətini sığorta etdirən və bunun qarşılığında sığortaçıya müəyyən məbləğ (sığorta haqqı) ödəyən şəxsdir .

Franşiza - Sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün ödəyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfdən ödənilir.

  • Hadisə iki nəqliyyat vasitəsi arasında baş verməlidir.
  • Hadisədə yalnız nəqliyyat vasitələrinə zərər dəyməlidir (yəni digər əmlaka və ya sağlamlığa zərər dəyməməlidir).
  • Nəqliyyat vasitələrinin hər ikisi sığortalı olmalıdır və sığorta şirkətləri fərqli olmalıdır
  • Hadisə yalnız və yalnız yol-nəqliyyat hadisəsi olmalıdır.

Həmin sığorta şirkəti hadisəni tənzimləyir. Zərər vuran da, zərər çəkən də eyni sığorta şirkətində sığortalandığı üçün zərərlərin birbaşa tənzimlənməsinə ehtiyac qalmır. Çünki zərərlərin birbaşa tənzimlənməsi sığorta şirkətləri arasında qarşılıqlı tənzimləmələr üçündür. Bu halda isə cəmi bir sığorta şirkəti olur və ödənişi də həmin şirkət həyata keçiririr. Ümumiyyətlə zərərlərin birbaşa tənzimlənməsi qaydasının qüvvədə olması üçün nəzərdə tutulan şərtlər olmadıqda köhnə qayda tətbiq olunur.

Bir sığorta hadisəsi nəticəsində bir neçə şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa 5000 manat sığorta təminatı zərərçəkənlər arasında dəyən zərərin həcminə görə bölünür. Hər bir zərərçəkənin ümumi zərərdə payı nə qədərdirsə o pay qədər də ödəniş alacaq.

Məsələn, yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəqliyyat vasitəsinə zərər dəyib. A nəqliyyat vasitəsinə dəyən zərər 5000 manat, B-yə 2000 manat, C-yə 3000 manat məbləğində müəyyən edilmişdir. Ümumi dəyən zərər 10000 manat edir. Deməli A nəqliyyat vasitəsinin zərərdə payı 50%, B-nin 20% (çünki 2000 manat 10000 manatın 20%-dir), C-nin isə 30%-dir. Beləliklə A nəqliyyat vasitəsi təminat məbləği olan 5000 manatın 50%-ni yəni 2500 AZN, B nəqliyyat vasitəsi 20%-ni yəni 1000 AZN, C nəqliyyat vasitəsi isə 30%-ni yəni 1500 AZN sığorta ödənişi alacaq.

Sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxs üzrə ölüm halında  5000 manat ödənilməsinə təminat verilir. Digər xəsarətlərə görə ödəniş maksimal məbləğin qanunla müəyyən edilmiş  faizi nisbətində hesablanır.