Həyatın Yaşam Sığortası nədir?

Həyatın Yaşam Sığortası sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılması formasıdır. Yəni ki, minimum 3 il ərzində hər ay əməkhaqınızdan müəyyən məbləğ Həyatın Yaşam Sığortasına köçürülür. Bu sığorta növünə qoşulan sığortalının həyatı sığortalanır və sonda investisiya əldə edir. Minimal müddət 3 il olduğu üçün 3 il sonunda əldə etdiyi məbləği istənilən istiqamətdə istifadə edə bilər. 

Yaşam sığortasının hesablanma qaydası dövlət və neft-qaz sektorunda, özəl sektordan fərqli hesablanır. Bu isə vergiyə yönələn faiz dərəcələrindən asılıdır. Belə ki, vergiyə yönələn faiz dərəcəsi dövlət sektorunda əməkhaqqının 45% hissəsi, özəl sektorda 46,5% hissəsidir.

 

Bəzən sığorta etdirmək istəyən şəxs yığım etməklə yanaşı, bədbəxt hadisə nəticəsində başına bir iş gəldiyi halda, ailəsinin vəziyyətindən də narahat olur. Həyatın Yaşam Sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə (minimum 36 ay) sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda, sığorta ödənişinin həyata keçirilməsini təmin edir. Bu o deməkdir ki, sığortaolunan Həyatın Yaşam Sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) halda, sığorta şirkətindən müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan müqavilədə nəzərdə tutulan müddətdə vəfat edərsə, bu zaman sığorta məbləği faydalanan şəxsə, yəni sığortaolunanın varisi olan insana ödənilir. Beləliklə, Həyatın Yaşam Sığortasının mahiyyəti ondan ibarətdir ki, həm sığortaolunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində vəfat etdiyi, həm də bu müddətin sonuna qədər yaşadığı halda sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur.

Həyatın Yaşam Sığortası nəticəsində iqtisadiyyatda daha çox dövriyyə və gəlir yaranır, dövlətin güzəşt etdiyi vergilər dövlət büdcəsinə daha çox miqdarda gəlir fayda verir.

Həyatın Yaşam Sığortası nə qazandırır?

icon-02

Həyatınız sığortalanır

icon-03

Əlavə gəlir əldə edirsiniz

icon-01

3 ilin sonunda arzunuz gerçəkləşir

Həyatın Yaşam Sığortası şirkətləri