Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təbliğat və maairifləndirmə layihəsi keçirilir.

İlk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin formalaşdırılması başlıca prioritet olub.

Sığorta sahəsində xeyli sayda müxtəlif məzmunlu marifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunmuşdur. Bu və eyni zamanda sosial şəbəkələr üçün hazırlanmış materiallar vasitəsi ilə ehtimal edilən risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair ictimaiyyətə dəstəkləyici mesajlar verilmişdir. Sığorta savadlılığının artırılması layihəsinin növbəti mərhələsində isə əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürülüb.

Sektor iştirakçılarından ibarək ekspert qrupunun iştirakı ilə yazılı mediada, eyni zaman televiziya və radio kanallarında risklərin idarə edilməsində sığortanın əhəmiyyəti və daşınmaz əmlak sığortasının vacibliyi ilə bağlı mövzular mütəmadi olaraq işıqlandırılıb. Bununla paralel olaraq çöl və qapalı məkanlarda müxtəlif formatlarda vizual təşviqedici materiallarla da sığortanın əhəmiyyəti müxtəlif əhali qruplarına çatdırılıb. 

Sığorta maarifləndirmə kampaniyasının mərhələləri

Mərhələ 1

Risk fərqindəliyi və riskin qarşısının alınmasının iki əsas mey arı: hadisələrin qarşısıalınma tədbirlərinin görülməsi  və sığortalanma haqqında genişmiqyaslı maarifləndirmə kampaniyasının həyata keçirilməsi

Mərhələ 2

Ayrı-ayrı sığorta məhsullarına dair  fərqindəlik yaratmaq üçün onların funksiya və faydalarının əhaliyə detallı şəkildə tanıdılması

Mərhələ 3

Əhalinin risklərə qarşı tədbirli olmağa təşviq edilməsi və sığortalını öz hüquq və vəzifələri haqqında maarifləndirmək üçün kampaniyaların həyata keçirilməsi

Layihənin 3-cü mərhləsi isə 3 hissədən ibarət olacaq:

Risk fərqindəliyi və riskin qarşısının alınmasının iki əsas məhsul kontekstində (avtomobil və əmlak) genişmiqyaslı maarifləndirmə kampaniyasının həyata keçirilməsi

Sığortalını öz hüquq və vəzifələri haqqında maarifləndirmək üçün kampaniyaların həyata keçirilməsi

Ayrı-ayrı sığorta məhsullarına (işəgötürənin məsuliyyət sığortası və kredit həyat sığortası) dair fərqindəlik yaratmaq üçün onların funksiya və faydalarının əhaliyə detallı şəkildə tanıdılması

Sığorta sahəsində maarifləndirmə layihəsinin davamlı olaraq keçirilməsi planlaşdırırılır.